İcra başçısı brend geyimi ilə DİQQƏT ÇƏKDİ — FOTO

17:59 17 Sentyabr 2025

Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov parkda vətəndaşlar ilə idman edib.

Ajans.az xəbər verir ki, Niyazi Bayramovun geyindiyi idman dəsti gözdən qaçmayıb. 

Onun ayaqqabıları dünyaca məşhur fransız brendi “ Hermes”ə aiddir, qiyməti isə təxminən 850 dollar civarındadır. Üzərindəki idman dəsti isə alman brendi olan “ Bogner”ə məxsusdur. Dəstin qiyməti isə təqribən 1050 manatdan başlayır. 

Ajans.az-ın əldə etdiyi məlumata əsasən, icra başçısı Niyazi Bayramovun sevdiyi brend məşhur fransız markası “ Louis Vuitton” dur.

 



Xəbər xətti