İsrail səfiri Aqarunovun abidəsini ziyarət etdi - Foto

18:26 18 Sentyabr 2025

İsrailin Azərbaycandakı səfiri Ronen Kraus Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsini ziyarət edib.

Sitat.info xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.

“Səfir Ronen Kraus və səfir müavini Aviv Zell, Dağ Yəhudisi əsilli, Azərbaycanın Milli Qəhrəmanı və tank komandiri olmuş Birinci Qarabağ müharibəsində böyük cəsarət göstərmiş Albert Aqarunovun abidəsini ziyarət ediblər”, - qeyd edilib.

Bildirilib ki, onlarla birlikdə Aqaronovun tank batalyonunun rəisi Hacı Azimov da iştirak edib və onun döyüşlərdə göstərdiyi şücaət və fədakarlıqlardan danışıb.



Xəbər xətti