Çilidə 5,6 ballıq zəlzələ olub

09:38 19 Sentyabr 2025

Çilidə 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.

Sitat.info TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Alto-Ospisio şəhərindən 107 km şimal-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 89 km dərinlikdə olub.

Yaralananlar və dağıntılar barədə məlumat daxil olmayıb.



Xəbər xətti