“Qarabağ”ın futbolçusu Marko Yankoviç 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

17:15 19 Sentyabr 2025

Sitat.info xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında klubun Mətbuat xidmətinin rəhbəri Anar Hacıyev deyib.

 

O bildirib ki, müayinələrdən sonra futbolçuda əzələ gərilməsi akarlanıb. Müalicə üçün 6 həftə vaxt lazım olacaq.

 

Qeyd edək ki, “Qarabağ”ın monteneqrolu yarımmüdafiəçisi “Benfika” ilə oyunda zədələnərək meydanı tərk etmişdi.



Xəbər xətti