Naxçıvanda avtobus dərəyə aşdı - 15-dən çox yaralı var - Foto

18:00 20 Sentyabr 2025

Naxçıvanda avtobus qəzaya düşüb.

Sitat.info “Nuhçıxan”a istinadən xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata əsasən, avtobusun dərəyə aşması nəticəsində 15-dən çox sərnişin xəsarət alıb.

Hadisə yerinə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları cəlb olunub.




Xəbər xətti