Ankara - Bakı reysinin kapitanı göyərtədə həyəcan siqnalı barədə sorğu göndərdi

18:00 22 Sentyabr 2025

Bu gün Ankara - Bakı müntəzəm reysini həyata keçirən “Ajet” aviaşirkətinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunun aidiyyəti qurumlarına göyərtədə həyəcan siqnalı barədə sorğu göndərib.

Sitat.info xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.

Bildirilib ki, təyyarə yerli vaxtla saat 15:55-də Bakı hava limanına təhlükəsiz eniş edib. 

Beynəlxalq təhlükəsizlik protokollarına uyğun prosedurlar dərhal icra olunub. Araşdırma nəticəsində müəyyən olunub ki, siqnal əsassız olub və hər hansı təhlükə qeydə alınmayıb.

“Sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi hər zaman prioritetdir.

Əlavə olaraq bildiririk ki, baş vermiş hadisə Heydər Əliyev Beynəlxalq Aeroportunun əməliyyat proseslərinə təsir göstərməyib. Bütün uçuşlar qrafikə uyğun şəkildə davam edir”, - məlumatda vurğulanıb.



Xəbər xətti