Qubada ayılar kəndlərə hücum etdi - Foto

17:36 23 Sentyabr 2025

 

Qubada ayılar kəndlərə hücum edib.

Sitat.info-nun Qafqazinfo.az-a istinadən məlumatına görə, rayonun Səbətlər kəndində ayılar yerli sakinlərə məxsus iribuynuzlu heyvanlara hücum edərək onları parçalayıb.

Kənd sakinləri - İsa Hüseynova məxsus camış, Sübhan Əhmədova məxsus inək tələf olub.

Həmçinin rayonun Xanəgah və Qımılqazma kəndlərinə 5 ayı hücum edərək yerli sakinlərə məxsus 20-yə yaxın xırdabuynuzlu heyvanı, inək və buzovu parçalayıb, tövləni isə dağıdıb.

Sakinlərin sözlərinə görə, hazırda kənd ərazisində və kəndə yaxın meşəlik ərazidə gəzmək təhlükəlidir.

 



Xəbər xətti