13 yaşlı məktəblini maşın vurdu

19:00 23 Sentyabr 2025

Mingəçevir şəhərində 13 yaşlı məktəbli oğlanı maşın vurub.

 

Sitat.info xəbər verir ki, hadisə şəhərin Energetiklər yaşayış massivində baş verib. Şəhər sakini İkram Yusifov idarə etdiyi VAZ-21015 markalı avtomobillə hərəkətdə olarkən 2012-ci il təvəllüdlü Yusif Rüstəmovu vurub. Piyada xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti