ABŞ Qəzzaya qoşun göndərməyəcək - Vens

14:37 13 Oktyabr 2025

ABŞ-ın vitse-prezidenti J.D.Vens Qəzzada sülh prosesi ilə bağlı ABŞ mediasına açıqlama verib.

Sitat.info xəbər verir ki, ABŞ-ın İsrailə 200 hərbçi göndərəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirən Vans bölgədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) əsgərlərinin olduğunu qeyd edib.

 "Niyyətimiz və ya planımız Qəzzada və ya İsraildə əsgərlərimizin olması deyil. Orada bəzi dezinformasiyalar olub, lakin bu sülhün davamlı olmasını təmin etmək üçün nəzarət edəcəyik" - dedi.

Bir çox İslam ölkəsinin Qəzzaya təhlükəsizlik üçün əsgər göndərməyi təklif etdiyinə diqqət çəkən Vans, ABŞ əsgərlərinin quruda olmasına ehtiyac olmadığını bildirib.

Aytac,

Sitat.info 



Xəbər xətti