Makron elan etdi! Qəzza üçün beynəlxalq humanitar konfrans keçiriləcək

15:24 13 Oktyabr 2025

Fransa prezidenti Emmanuel Makron bildirib ki, Qəzzada prioritet humanitar yardım əməliyyatlarının bərpasıdır.

Sitat.info xəbər verir ki, Makron Qəzzaya beynəlxalq humanitar yardım konfransının keçiriləcəyini açıqlayıb.

Makron Şarm əl-Şeyx Sülh Sammiti üçün getdiyi Misirə gəldikdən sonra hava limanında mətbuata açıqlama verib.

Fələstin prezidenti Mahmud Abbasın da sammitə qatılacağını təsdiqləyən Makron deyib ki, bunu çox müsbət əlamət kimi gördüyünü deyib. 

Makron Fələstin Administrasiyasının “hərtərəfli islahatına” ehtiyac olduğunu vurğulayaraq, Qəzza idarəsində Həmas-a yer olmayacağını bildirib.

 Nigar,

Sitat.info



Xəbər xətti