Netanyahu Misirə səfərini ləğv edib

14:52 13 Oktyabr 2025

İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa Misirdə keçiriləcək sülh sammitində iştirak edə bilməyəcəyini bildirib.

Sitat.info xəbər verir ki, bu barədə İsrail Baş nazirliyindəki mənbə “The Jerusalem Post”a məlumat verib.

Netanyahu bunu sammitin vaxtının münasib olmaması ilə əlaqələndirib.

O, sammitə dəvətə görə Trampa təşəkkür edib, sülh səylərini yüksək qiymətləndirib.

Vurğulanıb ki, Netanyahu Misir Prezidenti Əbdül Fəttah əs-Sisi ilə də bir neçə saat əvvəl telefon danışığı aparıb.

Qeyd edək ki, Misir Prezidentlinin sözçüsü Tramp da daxil olmaql,a 20-dən çox ölkənin nümayəndələrinin sammitdə Netanyahunun iştirak edəcəyini təsdiqləyib.



Xəbər xətti