Zelenski Trampla görüşəcəyini təsdiqləyib

21:41 13 Oktyabr 2025

Ukrayna Prezidenti Volodimir Zelenski bu həftənin cümə günü ABŞ Prezidenti Donald Tramp ilə görüşəcəyini təsdiqləyib.

Sitat.info "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, Zelenski bu barədə Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Bu həftə Vaşinqtonda Prezident Tramp ilə görüşəcəyəm. Hesab edirəm ki, prezidentə təklif etmək istədiyim addımlar ardıcıllığını müzakirə etməliyik”, – deyə Zelenski vurğulayıb.



Xəbər xətti