Britaniya altı ay ərzində Kiyevə on minlərlə dron verib

09:03 15 Oktyabr 2025

Böyük Britaniya son altı ay ərzində Ukraynaya 85 mindən çox pilotsuz uçuş aparatı (PUA) verib.

Sitat.info xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Con Hili məlumat yayıb.

Nazirin bəyanatında deyilir ki, London həmçinin minlərlə dron-ələ keçirən vasitələrin sürətli istehsalı üçün yeni sənaye müqavilələri imzalayıb.

Bu tədbirlər Ukraynaya hərbi dəstəyin artırılmasına yönəldilib.



Xəbər xətti