Türkiyənin HƏMAS-la əlaqələri əvvəllər Vaşinqtonda mənfi hal kimi qiymətləndirilsə də, indi geosiyasi üstünlüyə çevrilib. Ankara, HƏMAS-ı Donald Trampın Qəzza üzrə razılaşmasını qəbul etməyə razı salmaqla, Yaxın Şərqdəki siyasi oyunda mövqeyini yenidən gücləndirib — bu isə İsrail və bəzi ərəb rəqiblərinin narahatlığına səbəb olub.
Sitat.info xəbər verir ki, bu barədə Reuters agentliyi yazıb.
Qeyd olunur ki, Əvvəlcə ABŞ prezidentinin ultimatumuna — “İsrailli girovları azad edin, yoxsa dağıntılar davam edəcək” — müqavimət göstərən HƏMAS liderləri, yalnız siyasi himayədar kimi gördükləri Türkiyənin çağırışından sonra Amerika planına razılıq veriblər.
Aytac,
Sitat.info