AMB gələn il üçün neftin qiymət proqnozunu açıqladı

11:33 22 Oktyabr 2025

Mərkəzi Bankın oktyabr ayının proqnozlarına əsasən, 2026-cı il üçün neftin orta illik qiyməti 64 dollar ətrafında olacaq.

Sitat.info xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov mətbuat konfransında bildirib.

Qazın qiymətinin isə 288 dollar (min kubmetr) olacağını proqnozlaşdırıq. Proqnozlarımız cari əməliyyat balansının əsasən profisiti olacağını göstərir- deyə sədr qeyd edib.



Xəbər xətti