ŞOK! Astarada 17 yaşlı qız toy gecəsi öldü - HAMİLƏ İMİŞ

11:12 29 Oktyabr 2025

Astarada dünən toyu olan 17 yaşlı qız ölüb.

Sitat.info APA-ya istinadən xəbər verir ki, Astara rayon sakini 2008-ci il təvəllüdlü Ə.İ.-nin dünən Deqədi kəndində şadlıq saraylarının birində toyu olub.

Toydan sonra o özünü pis hiss edib və təcili olaraq Astara Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Ə.İ.-nin hamilə olduğu bildirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

“Qafqazinfo”nun məlumatına görə, vəfat edən şəxs Əfsanə Maqsud qızı İmanovadır.



Xəbər xətti