ABŞ-da təyyarə qəzası: 14 nəfər öldü

10:40 8 Noyabr 2025

ABŞ-ın Kentukki ştatında yük təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 14-ə çatıb.

Sitat.info xəbər verir ki, bu barədə Luisvill şəhərinin meri Kreyq Qrinberq öz “X” hesabında məlumat verib.

 "Məlum qurbanların ümumi sayı 14-ə çatıb", - deyə o, yazıb.

Qeyd edək ki, UPS kargo şirkətinə məxsus yük təyyarəsi çərşənbə günü Luisvill hava limanından qalxdıqdan sonra qəzaya uğramışdı. 



Xəbər xətti