Neft ucuzlaşdı

10:55 17 Noyabr 2025

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin yanvar müqaviləsinin dəyəri 1,02% azalaraq 1 barelə görə 63,75 ABŞ dolları təşkil edib.

Sitat.info xəbər verir ki, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 1,07% azalaraq 59,31 ABŞ dollarına bərabər olub.



Xəbər xətti