Bakıda 15 yaşlı yeniyetmə qətlə yetirilib, saxlanılan var

22:28 17 Noyabr 2025

Bu gün saat 22 radələrində Yasamal rayonu ərazisində 2010-cu il təvəllüdlü H. Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Sitat.info xəbər verir ki, ona göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ə. Novruzlu saxlanılıb.

Araşdırmalar davam etdirilir.



Xəbər xətti