Fələstin Qəzza ilə bağlı BMT qətnaməsini alqışladı

11:43 18 Noyabr 2025

Fələstin rəhbərliyi BMT Təhlükəsizlik Şurasının Qəzza münaqişəsinin həllinə dair ABŞ tərəfindən təqdim olunan qətnaməsini alqışlayıb.

Sitat.info xəbər verir ki,  Fələstin sənədin dərhal icrasının vacibliyini vurğulayaraq Qəzza zolağında tam məsuliyyəti üzərinə götürməyə hazır olduğunu bildirib.

Rəsmi açıqlamada Fələstin, ərazinin və qurumların birliyini qorumaqla yanaşı, qətnamənin icrası üçün ABŞ administrasiyası, BMT üzvləri, ərəb və İslam ölkələri, eləcə də digər tərəfdaşlarla əməkdaşlığa hazır olduğunu qeyd edib.

Qətnamə Qəzza sərhədlərinin qorunması və silahsızlaşdırılması üçün İsrail, Misir və yeni Fələstin polisinin iştirakı ilə Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin yaradılmasını, həmçinin 2027-ci ilə qədər fəaliyyət göstərəcək “Sülh Şurası”nın təsis edilməsini nəzərdə tutur.

Şuraya ABŞ prezidenti Donald Trampın rəhbərlik etməsi gözlənilir.

Aytac,

Sitat.info



Xəbər xətti