İran: Zədələnmiş nüvə obyektlərinə görə uranın zənginləşdirilməsi dayandırılıb

16:09 18 Noyabr 2025

İran hökumətinin sözçüsü Fatma Mühacirani bildirib ki, iyun ayında İsrail və ABŞ-ın hücumları nəticəsində nüvə obyektlərinə ciddi ziyan dəyib və bu səbəbdən hazırda uranın zənginləşdirilməsi mümkün deyil.

Sitat.info xəbər verir ki, Tehrandakı mətbuat konfransında çıxış edən Mühacirani Prezident Məsud Pezeşkianın su böhranı ilə bağlı səsləndirdiyi narahatedici xəbərdarlığın ictimaiyyəti məlumatlandırmağa yönəldiyini və Tehranın təxliyəsinin mümkün olmadığını qeyd edib.

O, həmçinin Böyük Britaniya, Fransa və Almaniyanın BMT TŞ-də İranın zənginləşdirməni dayandırmasına dair qətnamə hazırlamasına toxunub: “Onsuz da nüvə proseslərinə dəyən ziyana görə zənginləşdirmə aparmaq mümkün deyil”.

Sitat.info



Xəbər xətti