Abbas Əraqçının gənc xanımı bu addımı ilə gündəmə gəldi -VİDEO

09:38 19 Noyabr 2025

İranın xarici işlər naziri Abbas Əraqçı və gənc həyat yoldaşı Arzu Əhmədvənd diplomatik xeyriyyə bazarında iştirak edərək, sosial şəbəkələrdə böyük maraq oyadıblar.

Sitat.info Azad İran kanalına istinadən xəbər verir ki,  63 yaşlı nazir və 30 yaşlarındakı həyat yoldaşı, Diplomatik Qadınlar Dərnəyinin təşkil etdiyi tədbirdə birgə iştirak edib.

Arzu Əhmədvəndin cəmiyyət qarşısına çıxması və belə bir tədbirə qatılması, İranın ənənəvi qadın obrazına meydan oxuyur. Bu, həm də gənc qadınların diplomatik sahədə fəal rol oynamasını simvollaşdırır.

Sosial mediada isə, bu görüntülər, İranın siyasi və sosial həyatında qadınların daha çox yer tutmağa başladığına dair müzakirələrə səbəb olub

Sitat.info



Xəbər xətti