Uitkoff Zelenski və Ərdoğanla görüşəcək

11:34 19 Noyabr 2025

ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff bu gün Türkiyəyə səfər edəcək.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Uitkoff Ukrayna Prezidenti Volodimir Zelenski ilə bərabər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Ankarada baş tutacaq görüşdə İstanbulda keçirilmiş sülh müzakirələrinin davam etdirilməsi istiqamətində müzakirələr aparılacağı qeyd olunur.



Xəbər xətti