“İranın nüvə mütəxəssisləri Rusiyaya gizli səfər edib” - Financial Times

15:18 19 Noyabr 2025

Financial Times yazır ki, İranın nüvə proqramı üzərində çalışan mütəxəssislər keçən il iki dəfə gizli şəkildə Rusiyaya səfər ediblər.

ABŞ isə bu səfərləri nüvə silahı istehsalında istifadə oluna biləcək həssas lazer texnologiyalarını əldə etmək cəhdi kimi dəyərləndirir.

Sitat.info xəbər verir ki, nəşrin məlumatına görə, əvvəllər açıqlanmayan bu səfərlər Rusiyanın hərbi tədqiqat institutları ilə İran Müdafiə Araşdırmaları və İnnovasiyaları Təşkilatı (Sepənd) arasında əlaqələrin davamı olub.

Financial Times-ın əldə etdiyi sızdırılmış sənədlər göstərir ki, Moskva və Tehran arasındakı bu görüşlər Rusiyanın nüvə silahı ilə bağlı biliklər sahəsində İranla əməkdaşlığa hazır olduğunun ilk əlamətləri sayıla bilər. 

Tehran,

Sitat.info



Xəbər xətti