Rusiya Zaporojyeni atəşə tutdu: 5 nəfər öldü

08:34 21 Noyabr 2025

Noyabrın 20-dən 21-nə keçən gecə Rusiyanın Ukraynanın Zaporojye vilayətinə endirdiyi zərbə nəticəsində beş nəfər həlak olub, üç nəfər yaralanıb.

Sitat.info xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Zaporojye administrasiyasının rəhbəri İvan Fedorova istinadən məlumat yayıb. 

Qeyd olunur ki, 20 noyabr cümə axşamı, saat 22:10-da Rusiya ordusu Zaporojyeyə hücuma keçib.

Hücum nəticəsində yaşayış binalarına, mağazalara və bazara ziyan dəydiyi bildirilir.



Xəbər xətti