Bu gün Pəncab əyalətinin Feysəlabad şəhərindəki fabrikdə güclü partlayış baş verib.
Sitat.info xəbər verir ki, hadisə nəticəsində ən azı 10 nəfər ölüb, 7 nəfər isə yaralanıb.
Dağıntılar altında daha çox insanın qaldığı ehtimal olunur. Axtarış-xilasetmə işləri davam edir və ölənlərin sayının arta biləcəyi istisna edilmir.
Partlayışın səbəbi hələlik açıqlanmayıb.
Nigar,
Sitat.info