Bakıda şadlıq sarayında meyit tapıldı

10:25 24 Noyabr 2025

Bakıda şadlıq sarayında meyit tapılıb.

Sitat.info APA-ya istinadla xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda baş verib.

Rayonun B.Çobanzadə küçəsinda yerləşən “Xarı Bülbül” şadlıq sarayında Abşeron rayon sakini 1972-ci il təvəllüdlü Ələkbər Xankişi oğlu İsmayılovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti