UEFA-nın səsverməsində "Qarabağ" "Napoli"yə bu nisbətlə qalib gəldi - FOTO

09:59 25 Noyabr 2025

Xəbər verdiyimiz kimi, bu gün UEFA çempionlar Liqasında 9 qarşılaşma baş tutacaq. Təmsilçimiz "Qarabağ" İtaliya nəhəngi "Napoli"nin qonağı olacaq.

Sitat.info xəbər verir ki, "Napoli"- "Qarabağ" matçı ilə bağlı ölkə və dünya mediasında maraqlı və təəccüblü proqnozlar var.

UEFA həmişə olduğu kimi rəsmi internet saytında qarşılaşacaq komandaların hansının qalib gələcəyi ilə bağlı səsvermə yerləşdirib.

"Napoli" - "Qarabağ" matçı ilə bağlı səsvermədə komandamız öndədir. 61 faiz sorğu iştirakçısı "Qarabağ"ın qələbəsinə inanır. 30 faizi qələbəni "Napoli"yə verib, 9 faiz iştirakçı isə matçın bərabərliklə bitəcəyinə səs verib.

Görünən odur ki, artıq "Qarabağ" göstərdiyi oyunlarla, əzmkar qələbələrlə dünyada futbolsevərlərin rəğbətini qazanıb.

Qeyd edək ki, "Napoli" - "Qarabağ" matçı saat 00:00-da baş tutacaq.

Gülxar,

Sitat.info



Xəbər xətti