Taylandda 300 ilin ən güclü daşqını: 2 milyona yaxın insan yardım gözləyir...

12:50 25 Noyabr 2025

Taylandın cənubunda güclü yağışlar nəticəsində son illərin ən ağır daşqınları baş verib.

Sitat.info xəbər verir ki, hadisə nəticəsində 13 nəfər ölüb,

Sel suları xilasetmə və təxliyə işləri çətinləşib. Bəzi ərazilərdə suyun səviyyəsi 2 metrə çatır.

Tayland donanması bölgəyə yardım aparmaq üçün “Çakri Naruebet” aviadaşıyıcısını, 14 gəmini, helikopterləri, həkimləri və gündə 3.000 nəfərlik sahə mətbəxlərini göndərməyə hazırlaşır. Gəmi həmçinin üzən xəstəxana kimi istifadə oluna bilər.

Taylandda 1,9 milyon insan daşqınlardan təsirlənib. Meteorologiya idarəsi güclü yağış və qəfil daşqınların davam edəcəyini xəbərdar edir. Kiçik qayıqlara 3 metrdən hündür dalğalara görə dənizə çıxmamaq tövsiyə olunub.

Ən çox zərər çəkən Hat Yai şəhərində minlərlə insan təxliyə və ərzaq yardımı üçün müraciət edir. Şəhərdə son günlər yağan yağışlar son 15 ilin ən böyük selinə səbəb olub. Cümə günü Hat Yai-də 335 mm yağış yağıb – bu, 300 ildə ən yüksək göstəricidir.

Gülxar,

Sitat.info



Xəbər xətti