Rusiya hələlik ABŞ-ın Ukrayna ilə bağlı sülh planını heç kəslə müzakirə etməyib və bu plan Moskvaya qeyri-rəsmi kanallarla çatdırılıb.
Sitat.info xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildiri.
Uşakov deyib: “Əbu-Dabidə sülh planı müzakirə olunmadı. Ümumiyyətlə, sülh planı hələ heç kəslə detallı şəkildə müzakirə edilməyib. Biz onu görmüşük, bizə göndərilib, amma hələ müzakirələr olmayıb”.
O qeyd edib ki, Rusiya rəsmi şəkildə heç bir sülh sənədi almayıb, lakin Rusiya tərəfinin sərəncamında ABŞ prezidenti Donald Trampın planının bir neçə son versiyası var. Onun sözlərinə görə, bu sənədlər ciddi təhlil tələb edir, lakin ABŞ tərəfi ilə müzakirələr hələ baş tutmayıb.
“Bir daha vurğulayıram: iki ölkənin komandaları arasında ciddi müzakirə hələ olmayıb. Amma təmaslar davam edir. Hələlik heç kim dairəvi masaya oturub planı müzakirə etməyib”, – Uşakov bildirib.
Gülxar,
Sitat.info