Zelenski: "Ukraynanın hələ də hərbi dəstəyə ehtiyacı var"

14:48 26 Noyabr 2025

“Rusiyanın bizə qarşı müharibəsi keçmişdə deyil, hər gün davam edir". 

Sitat.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib. 

Biz arxayınlaşa bilmərik. Unutmamalıyıq ki, Ukraynaya hələ də müdafiə dəstəyi, təhlükəsizlik dəstəyi  lazımdır”, – Zelenski qeyd edib.

Onun  sözlərinə görə, “könüllü ölkələr koalisiyası” daxilində tərəfdaşlar arasında bizim aramızı vura biləcək heç nə olmamalıdır.

Ayrı-ayrı problemlər yoxdur – hər şey hər birimizə təsir edir. Və hər kəs tam məlumatlı olmalıdır. Biz  inanırıq ki, Ukraynaya dair təhlükəsizlik qərarlarına ilk növbədə Ukraynanın özü cəlb olunmalıdır – Cenevrədəki mövqeyimiz də, ümumi mövqeyimiz də budur. Avropanın təhlükəsizliyi ilə bağlı qərarlara isə Avropa cəlb edilməlidir. Çünki hər hansı qərar bir ölkənin və ya xalqın iradəsindən kənar qəbul edilərsə, onun işləməyəcəyi riski böyükdür”, – Zelenski əlavə edib.

Nigar,

Sitat.info



Xəbər xətti