İsrail Suriyaya hücum etdi: 9 ölü

11:57 28 Noyabr 2025

İsrail Suriyanın cənubunda yerləşən Beyt Cin şəhərinə hava zərbələri endirib.

Sitat.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

“Hava zərbələri nəticəsində 9 suriyalı ölüb. İsrail əsgərləri ilə suriyalı silahlılar arasında baş verən atışmada 3-ü ağır olmaqla, 6 İsrail əsgəri də yaralanıb.

Bundan əlavə, gecə reydi zamanı üç şübhəli həbs olunaraq dindirilmək üçün İsrailə aparılıb”, - məlumatda bildirilib.



Xəbər xətti