"Sabah" böyük hesabla qalib gəldi, "Qarabağ"ın növbəti sınağı

18:52 29 Noyabr 2025

Misli Premyer Liqasının XIII turunda "Sabah" səfərdə "İmişli"ni məğlub edib.

Sitat.info xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilən oyunda "Sabah" 3:0 hesablı qələbə qazanıb.

25 xalı olan "Sabah" turnir cədvəlində üçüncü sırada yer alıb. "İmişli" isə 15 xalla səkkizincidir.

Hazırda isə “Qarabağ” “Azərsun Arena”da “Karvan-Yevlax”ı qəbul edir. İlk hissədən sonra hesab açılmayıb.

Qeyd edək ki, turun əvvəlki görüşlərində "Zirə" "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib. "Turan-Tovuz" - "Neftçi" görüşündə isə hesab açılmayıb.

Tura noyabrın 30-da yekun vurulacaq.



Xəbər xətti