Dünya bazarlarında neft cüzi bahalaşıb

09:00 2 Dekabr 2025

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin fevral müqaviləsinin dəyəri 0,08% artaraq 1 barelə görə 63,22 ABŞ dolları təşkil edib.

Sitat.info-nun  məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında bu ilin yanvar ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 0,19% artaraq 59,43 ABŞ dollarına bərabər olub.



Xəbər xətti