Cənubi Afrika sahillərində 62 min pinqvin acından ölüb

14:33 8 Dekabr 2025

Son 10 ildə Cənubi Afrika sahillərində təxminən 62.000 Afrika pinqvini aclıqdan ölüb.

Sitat.info xəbər verir ki, yeni bir elmi araşdırma, iqlim dəyişikliyinin intensiv balıqçılıq fəaliyyətləri ilə birlikdə cəmi səkkiz il ərzində pinqvin populyasiyasını təxminən 95 faiz azaltdığını ortaya qoyub.
Exeter Universitetinin mütəxəssisi Richard Sherley bildirib ki, Afrika pinqvinlərinin azalması təkcə Cənubi Afrika ilə məhdudlaşmır — son 30 ildə dünyada təxminən 80% azalma qeydə alınıb.

Afrika pinqvinləri hər il təxminən 20 gün tük dəyişikliyi dövründə quruda qalır və bu müddətdə qidalanmadıqları üçün əvvəlcədən yağ ehtiyatı toplamaq həyati əhəmiyyət daşıyır. Lakin 2004–2011-ci illər arasında onların əsas qidası olan sardalyanın ehtiyatları əvvəlki maksimumun yalnız 25%-i səviyyəsinə düşüb.

Sherley qeyd edir ki, tüklərin dəyişməsi ərəfəsində və ya dərhal sonra kifayət qədər qida tapa bilməyən pinqvinlərin yaşaması çox çətinləşir. Sahildə kütləvi ölü pinqvin görünmədiyinə görə, ölüm hallarının əsasən dənizdə baş verdiyi düşünülür.

Bu dövrdə Afrika pinqvinlərinin iki əsas çoxalma bölgəsində genişmiqyaslı aclıq yaşanıb və təxminən 62 min yetkin pinqvin ölüb.

Səid,

Sitat.info

 



Xəbər xətti