İsa Həbibbəylinin intihar edən qohumu kimdir? - Təfərrüat

13:14 9 Dekabr 2025

AMEA-nın prezidenti İsa Həbibbəylinin baldızı oğlu Nicat Quliyev hüquq-mühafizə orqanlarından birinin əməkdaşı olub.

Bu barədə Axar.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, N.Quliyev hazırkı vəzifəsindən öncə Dövlət Gömrük Komitəsində çalışıb.

Onun “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən evində özünə məxsus xidməti silahdan atəş açmaqla intihar etdiyi də bildirilir.

Qeyd edək ki, hadisə ötən gün saat 22 radələrində baş verib. 1986-cı il təvəllüdlü Nicat Afət oğlu Quliyev yaşadığı mənzildə intihar edib.



Xəbər xətti