Yaponiya güclü zəlzələdən sonra yerini dəyişdi

16:30 9 Dekabr 2025

Dünən baş verən güclü  zəlzələ nəticəsində Yaponiya şərqə doğru sürüşüb. 

Sitat.info xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakətin episentr zonasının yaxınlığında yer qabığının təxminən doqquz santimetr sürüşməsi qeydə alınıb. 

Xatırladaq ki, ötən gün Yaponiyanın Şimali Aomori prefekturasında güclü zəlzələ qeydə alınıb. Əvvəlcə yeraltı təkanlar 7,2 bal gücündə qiymətləndirilsə də, sonradan 7,6 bal gücündə olduğu təsdiqlənib.

Zəlzələ nəticəsində 39 nəfər xəsarət alıb. Təbii fəlakət nəticəsində hündürlüyü 70 santimetr olan sunami dalğaları müşahidə olunub./Qafqazinfo

 






Xəbər xətti