Zelenski 350 milyard qazandı, lakin ölkənin 25 faizini itirdi - Trampdan ağır ittiham

16:43 9 Dekabr 2025

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini amerikalı sahibkar Barnuma bənzədib.

Sitat.info xəbər verir ki, o, “Politico” nəşrinə müsahibəsində Volodimir Zelenksidən danışıb, onu məşhur amerikalı sahibkar Barnuma bənzədib.

 “Putindən əvvəl də belə bir fikir mövcud idi ki, Ukrayna NATO-ya qoşulmayacaq. Bu həqiqətən də Putindən əvvəl idi. Amma indi Ukraynanın NATO-ya qoşulması üçün çalışırlar. Bilirsiniz, Zelenski Putinlə ilk dəfə görüşəndə ona sadəcə iki şey istədiyini dedi: Krımın qaytarılması və NATO-ya üzvlük. O, bunu nəzakətli qaydada demədi. Bilirsiniz, o, çox əla satıcıdır. Mən onu Barnum adlandırıram”, - Tramp bildirib.

ABŞ lideri Zelenski ilə bağlı fikirlərinə daha da aydınlıq gətirib: “Barnum dünyanın ən yaxşısı idi. O, istənilən məhsulu istənilən vaxt sata bilirdi. Zelenski də bu cürdür. O, fırıldaqçı Co Baydendən 350 milyard dollar ala bildi. Baxın, bu ona necə baha başa gəldi. Ölkəsinin 25 faizi öz əlində deyil”.



Xəbər xətti