"Fikir vermisiniz, son günlər Mədəniyyət Nazirliyi mediada necə aktivləşib?
TV proqramlarında müsahibələr, jurnalistlərə açıqlamalar, sosial şəbəkədə ardıcıl paylaşımlar - uzun müddətdir görünməyən bir dinamika yaranıb.
Ümumiyyətlə, əgər bir problem varsa, gec-tez onun bir nəticəsi olmalıdır. Nəticənin müsbət və ya mənfi olması ikinci məsələdir, əsas odur ki, reaksiya var".
Sitat.info xəbər verir ki, bu sözləri müğənni Nura Suri feybuk hesabında yazıb.
O bildirib ki, dekabrın 10-da Mədəniyyət Nazirliyinə dəvət edilib:
"Mədəniyyət Nazirliyinə yazdığım ərizəmi nə məktubla, nə də mail ilə cavablandırdılar. Məni 10 dekabrda Nazirliyə dəvət edib müəyyən məsələləri müzakirə etdilər.
Problemlərin tam həll olunub-olunmadığına hələ əmin deyiləm, amma bu da bir nəticədir.
Bu aktivliyin özü - həm mənim, həm də sənət dostlarımın qaldırdığı məsələlərin və səsimizin nəticəsidir. Ən azı indi nazirliyin media ilə daha sıx və tez-tez əlaqə yaratması təsadüf deyil".
Tehran