Ançelottinin oğlu "Qarabağ"ın futbolçusunu istəyir

11:20 12 Dekabr 2025

Braziliyanın "Botafoqo" klubu "Qarabağ"ın 24 yaşlı yarımmüdafiəçisi Pedro Bikalyonu transfer etmək istəyir.

Axar.az xəbər verir ki, məlumatı Braziliya mətbuatı yayıb.

Bildirilib ki, "Botafoqo" Bikalyonu satın almaq öhdəliyi ilə icarəyə götürmək üçün "Qarabağ"a təklif göndərsə də, Ağdam təmsilçisi bunu qəbul etməyib.

"Qarabağ" futbolçu üçün birdəfəlik transfer ödənişi tələb edir.

Məlumata görə, oyunçu Braziliya futboluna qayıtmaqda açıq şəkildə maraqlıdırlar. "Botafoqo"nun Libertadores Kubokunda mübarizə aparmağı Pedro Bikalyonu motivasiya edir və o, artıq klub tərəfindən təqdim edilən layihəni bəyənib.

Qeyd edək ki, "Botafoqo" komandasının baş məşqçisi Braziliya millisini çalışdıran Karlo Ançelottinin oğlu Davide Ançelottidir.

Xatırladaq ki, Pedro Bikalyo "Qarabağ"a bu ilin yay transfer pəncərəsində "Palmeyras"dan qoşulub. Onun klubla olan müqaviləsi 2028-ci ilin yayına qədərdir.



Xəbər xətti