“ProSport” klubunun üzvü Züleyxa Şabanova Dohada zirvəyə yüksəldi – erməni rəqibini geridə qoydu

15:20 15 Dekabr 2025

Qətərin paytaxtı Doha şəhərində keçirilən “Olympic Stars Rhythmic Gymnastics Championship” beynəlxalq yarışında Azərbaycanlı yeniyetmə gimnast Züleyxa Şabanova böyük uğura imza atıb.

Sitat.info 32gun.az-a istinadən xəbər verir ki, “ProSport” Gimnastika Klubunun üzvü olan Z.Şabanova 2014-cü il təvəllüdlü gimnastlar arasında halqa, gürzlər və çoxnövçülük üzrə yarışaraq bütün rəqiblərini geridə qoyub. O, bu kateqoriyalar üzrə 3 qızıl medal qazanaraq kürsünün ən yüksək pilləsinə yüksəlib.

Qeyd edək ki, Züleyxa Şabanovanın geridə qoyduğu rəqiblər arasında Ermənistandan olan gimnast da yer alıb.



Xəbər xətti