"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin fevral müqaviləsinin dəyəri 0,54% azalaraq 1 barelə görə 60,23 ABŞ dolları təşkil edib.
Sitat.info-nun məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin yanvar ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 0,53% azalaraq 56,37 ABŞ dollarına bərabər olub.