Bu ilin ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ticarət dövriyyəsi 3.4% artaraq 44 milyard 589.5 milyon ABŞ dolları təşkil edib.
Sitat.info xəbər verir ki, son bir ildə ölkə üzrə ixrac 3.8% azalaraq 23 milyard 401 milyon ABŞ dolları, idxal isə 12.9% artaraq 21 milyard 188 milyon ABŞ dolları təşkil edib.
Hesabat dövründə xarici ticarət dövriyyəsinə 2 milyard 212.9 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 2.5 dəfə azdır./Teleqraf