2026-cı ildə Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə rəsmi səfəri gözlənilir.
Sitat.info əbər verir ki, bu barədə “RİA Novosti”yə türk diplomatik mənbəsi məlumat verib.
“Rusiya liderinə dəvət ən yüksək səviyyədə elan edilib. Biz bu səfəri səbirsizliklə gözləyirik və ümid edirik ki, gələn il həyata keçiriləcək”, - agentliyin həmsöhbəti bildirib.
O vurğulayıb ki, tarixlər hələ müəyyən edilməyib.
Qeyd edək ki, dekabrın 12-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Türkiyəyə səfər dəvəti aldığını açıqlayıb.