Müharibə davam edərsə Ukrayna xəritədən silinəcək - Lukaşenkodan DƏHŞƏTLİ PROQNOZ

11:48 17 Dekabr 2025

Rusiya lideri Vladimir Putin Ukraynadakı münaqişədə sülhə nail olmağa çalışır. 

Sitat.info xəbər verir ki,  Belarus prezidenti Aleksandr Lukaşenko Newsmax telekanalına verdiyi müsahibədə bunları deyib. 

"İnanıram ki, Putin Ukraynada sülh istəyir.  Zelenskiyə də eyni şey aiddir. Mən buna əminəm. Xüsusilə də indi. O, sülh istəyir", - deyə Lukaşenko hesab edir.

Onun sözlərinə görə, ən təhlükəli ssenari münaqişənin davam etməsi və eskalasiyanın davam etməsidir: "Çünki bu, Avropa və bütövlükdə dünya üçün çox pis nəticələnə bilər. Qlobal münaqişəyə çevrilməsi qaçılmaz ola bilər. Buna görə də hələ mümkün ikən münaqişə söndürülməlidir. Amerikalıların bu məsələ ilə ciddi şəkildə məşğul olduqları nəzərə alınmaqla, indi, əvvəlkindən daha çox fürsət var".

Onun fikrincə, bu, ABŞ üçün ən vacib xarici siyasət məsələsidir: "Münaqişənin davam etməsi Ukraynanın özü üçün də yaxşı heç nə vəd etmir. Əgər Ukrayna Rusiyanı məğlub edə biləcəyinə inanırsa və müharibə aparmağa hazırdırsa, qoy döyüşsün. Mənim nöqteyi-nəzərimdən - və inanıram ki, ABŞ prezidenti Donald Tramp da bu fikri bölüşür - bu cür döyüşlər davam edərsə, Ukrayna sadəcə xəritədən tamamilə yox olacaq və mövcudluğuna son qoyacaq". 

Nərgiz,

Sitat.info



Xəbər xətti