Dünən ABŞ prezidenti Donald Tramp İran və İsrail arasındakı 12 günlük müharibəyə toxunaraq pilotsuz uçuş aparatları (PUA) ilə qırıcıları müqayisə edib.
Sitat.info xəbər verir ki, Ağ Evdə Hanuka bayramı münasibətilə keçirilən tədbirdə çıxış edən Tramp bildirib ki, heç kimin dronların qırıcılardan daha effektiv olduğunu iddia etməsinə imkan vermək olmaz.
Onun sözlərinə görə, PUA-lar faydalıdır, ancaq F-22 və F-35 kimi qırıcılar onları havada asanlıqla zərərsizləşdirə bilir.
Tramp İsrailə qarşı atılan dronların məhz bu qırıcılar tərəfindən vurulduğunu açıqlayıb. ABŞ prezidenti çıxışında İranın nüvə obyektlərinə endirilən zərbələrə də toxunaraq qeyd edib ki, bu hücumlar baş verməsəydi, regionda vəziyyət bir ay ərzində tamamilə fərqli ola bilərdi.
Aytac,
Sitat.info