Unun son topdansatış qiymətləri açıqlandı - Siyahı

20:11 18 Dekabr 2025

Azərbaycanda 50 kiloqramlıq un kisəsinin son topdansatış qiymətləri məlum olub.

Sitat.info Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir ki, siyahıda Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şabran, Xaçmaz və digər bölgələrdə fəaliyyət göstərən ümumilikdə 28 sahibkarlıq subyekti yer alıb.

Belə ki, 50 kiloqramlıq un kisəsinin topdansatış qiymətləri 26,10 manat - 28,60 manat aralığında dəyişir.

Məlumata görə, ən aşağı qiymət Şabran rayonunda fəaliyyət göstərən “Dəvəçi-Taxıl” MMC-də (26.1 manat), ən yüksək qiymət isə Gəncə şəhərində yerləşən “Azeri-Arapoğlu U.S. və T. LTD” BM-də (28.6 manat) qeydə alınıb.

 

 



Xəbər xətti