Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır

19:09 22 Dekabr 2025

İnnovasiya lideri Bakcell Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Media savadlılığı” həftəsi çərçivəsində “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşı olub. 

Bakcell innovasiya tərəfdaşı kimi etibarlı informasiya mühitinin formalaşdırılması, dezinformasiyaya qarşı mübarizənin gücləndirilməsi və cəmiyyətdə informasiya təhlükəsizliyinin təmin olunması üzrə müəyyən edilmiş əsas prioritetlərin həyata keçirilməsinə dəstək göstərib.

Medianın İnkişafı Agentliyi tərəfindən 2022-ci ildən etibarən hər il dekabr ayında təşkil  olunan “Media Savadlılığı” həftəsi çərçivəsində indiyədək 50-dən çox təlim və tədbir həyata keçirilib, ümumilikdə 3000-dən artıq iştirakçı media savadlılığı üzrə
maarifləndirici proqramlarda iştirak edib. Qeyd edək ki, cari ildə həftə 15–22 dekabr tarixlərini əhatə edib və gənclər üçün xarici ekspertlərin iştirakı ilə müxtəlif təlimlər reallaşdırılıb.

Bakcell bu təşəbbüsə dəstək göstərməklə ölkədə media savadlılığının inkişafına və cəmiyyət üçün etibarlı informasiya mühitinin formalaşmasına töhfə verməyə davam edir.

Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkətüç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri
olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.



Xəbər xətti