Rusiyadan Ukraynaya hipersəs silahları ilə hücum! Hərbi hədəflər vuruldu

14:00 23 Dekabr 2025

Rusiya ordusu bu səhər Ukrayna müdafiə sənayesi müəssisələrinə və onunla əlaqəli enerji obyektlərinə genişmiqyaslı raket hücumu həyata keçirib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hücum “Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyasındakı mülki hədəflərə hücumlarına cavab olaraq” həyata keçirilib.

 Qeyd olunub ki, genişmiqyaslı hücum zamanı “Kinjal” hipersəsli qanadlı raketlərdən də istifadə olunub

Rusiya MN hücumun məqsədlərinə nail olunduğunu, təyin olunmuş bütün hədəflərin vurulduğunu açıqlayıb.

Bundan əlavə, Rusiya Müdafiə Nazirliyi ordunun Ukraynanın Dnepropetrovsk vilayətinin Andreevka və Xarkov vilayətinin Prilipka yaşayış məntəqələrini ələ keçirdiyini da açıqlayıb.



Xəbər xətti