Azərbaycan nefti 66 dollardan yuxarı satılır

10:18 24 Dekabr 2025

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,43 ABŞ dollar artıb.

Sitat.info xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,43 ABŞ dollar və ya 0,65 % artaraq 66,14 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 



Xəbər xətti